Ukrayna Rusiyanın PUA operatorlarını partladıb | VİDEO

Ukrayna Rusiyanın PUA operatorlarını partladıb    | VİDEO
  29 Sentyabr 2025    Oxunub:426
Ukrayna Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) əməkdaşları Melitopolda Rusiyaya məxsus hərbçilərin olduğu UAZ “Buxanka” markalı avtomobili və pilotsuz təyyarələri məhv ediblər.
AzVision.az Ukrayna BKİ-nin məlumatına istinadən xəbər verir ki, Zaporojye vilayətində işğal olunmuş Melitopol şəhərinin hava düşərgəsində yerləşən qapalı, mühafizə olunan hərbi bazada partlayış baş verib.

Əməliyyat zamanı hərbi bazada olan bir avtomobilin və ən azı Rusiya ordusunun pilotsuz uçan aparatlar üzrə 4 operatorunun məhv edildiyi bildirilir.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   operatorlar  



Xəbər lenti